"Rusiya səfirinin qətlə yetirilməsi lənətə laiqdir!

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov twitter-də yazıb. 

N. Məmmədov bildirib ki, bu qanlı terror aktına heç bir bəraət ola bilməz: "Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir.