Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada fotosərgidə iştirak etdiyi zaman sui-qəsd nəticəsində öldürülüb. Bütün dünyanı şoka salan hadisə diplomatların təhlükəsizliyi ilə bağlı sualları ortaya qoyub.

Unikal.org modern.az-a istinadən bundan əvvəl öldürülüən diplomatlar haqda məlumatı təqdim edir.
2003-cü il martın 28-də Kot-d`İvuarda Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülmüşdü.
2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyyətcə irlandiyalı Maykl Kortni silahlı hücum zamanı öldürülmüşdü.
2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək diplomatı edam etdiklərini açıqlamışdı.
2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunmuşdular.
2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda "Mariott" mehmanxanası partladılmışdı. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olmuşdu.
2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülmüşdü.
Rusiya və SSRİ diplomatlarına edilən hücumlara gəldikdə isə ilk belə hadisə 1923-cü ildə baş vermişdi. Həmin vaxt İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülmüşdü.
1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten öldürülmüşdü.
1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülmüşdü.