Xəbər verdiyimiz kimi dünən axşam Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yerilib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, səfiri qətlə yetirən Mevlüt Mert Altıntaş da zərərsizləşdirilməsi üçün məhv edilib.

İndi hər kəsi bir sual düşündürür. 

Türk polisi Mevlüt Mert Altıntaşı niyə sağ ələ keçirmədi?

Açıqlama isə belə olub: "Yaxın məsafədən güllələrin hədəfi olan səfir yaralı idi və bu zaman qan itirirdi. Təcavüzkar da əlində silahlıyla hadisə yerindən ayrılmırdı.
Rusiya səfir Andrey Karlova dərhal müdaxilə edilə bilmədiyi üçün təcavüzkarın təsirsiz hala gətirilməsi lazım idi. Çünki güllə yaraları səbəbiylə qan itirən Karlovun dərhal xəstəxanaya aparılması lazım idi. Ona görə də Mevlüt Mert Altıntaş güllələnərək öldürülüb."