Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Ankarada silahlı hücum nəticəsində Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Ə.Özoral bidlirib ki, Andrey Karlovun öldürülməsi xəbərindən çox kədərlənib: 

"Bu hadisəni kəskin şəkildə qınayır və lənətləyirik. Fakt geniş miqyasda təhlil olunacaq və hadisədə əli olan hər kəs ədalət qarşısında cavab verəcək".

Səfir deyib ki, bu cür mənfur hadisənin iki ölkənin əlaqələrinin normallaşması və Moskvada Türkiyə-İran-Rusiya xarici işlər nazirlərininin görüşü ərəfəsində törədilməsi düşünməyə vadar edir: 

"Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə ləkə salmasına icazə verməyəcəyik. Bu çətin günlərdə rus xalqına və dövlətinə başsağlığı verirəm".