Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bir diplomat olaraq hörmət etdiyim dostum idi.
Unikal.org-un Türkiyə KİV-nə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Avrasiya" tunelinin açılışı mərasimində çıxışı zamanı söyləyib.
Ərdoğanın sözlərinə görə, A.Karlov bir həftə öncə Tatarıstan prezidentinin onunla görüşünü təşkil edib: "Birlikdə bəzi fikir mübadilələri aparmışdıq. Səmimi, simpatik bir insan idi. Dünən gecə saatlarında məruz qaldığı sui-qəsd və nəticəsi həqiqətən də çox kədərlidir. Öz adımdan və millətimin adından bu qətliamı şiddətlə qınayır, lənətləyirəm. Cənab Putin başda olmaqla bütün dost Rusiya xalqına başsağlığı verirəm".