"Ermənilərlə azərbaycanlıların sülh şəraitində birgə yaşayışını nəinki mümkün, hətta zəruri hesab edirəm 

Unikal.org xəbər verir ki, bunu virtualaz.org-a "Novosti-Qruziya informasiya agentliyinin müxbiri, milliyyətcə erməni olan Artyom Avakimov "Ermənistanla Azərbaycan arasında sülh üçün platformanı şərh edərkən bildirib.

Jurnalist əmin olduğunu deyib ki, erməni və azərbaycanlı xalqlarının yaxınlaşmasına xidmət edən istənilən təşəbbüs yalnız alqışlanmalıdır.

"Sonsuzluğa qədər düşmənlik etmək mümkün deyil. Bu problem nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır, - A.Avakimov vurğulayıb.

Xatırladaq ki. 2016-cı ilin noyabr ayında Azərbaycandan və Ermənistandan olan hüquq müdafiəçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüs olaraq "Ermənistanla Azərbaycan arasında sülh üçün platforma yaradıblar. Bu Platforma münaqişənin tezliklə həllinə xidmət etməyə çalışan hər bir şəxs və təşkilat üçün açıq elan edilib.