"Bakı şəhərinin cənub planlaşdırılması zonası çərçivəsində Ələt qəsəbəsində "Ağıllı şəhər, nəqliyyat qovşağı, biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir.

Unikal.org report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

İ.İsbatovun sözlərinə görə, həmçinin kənd təsərrüfatı və aqroturizimin sürətlə inkişaf etdiyini nəzərə alınaraq, Mərdəkan və Hövsanda universitet şəhərciklərinin yaradılması təklif edilir.