"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, plana əsasən, Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 milyon nəfərə çatacağı gözlənilir.

"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq, - deyə direktor əlavə edib.