Dneprin polis patrulları Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxsi "isti izlər"lə saxlayıblar.
Unikal.org-un Ukrayna qanun keşikçilərinə istinadən məlumatına görə, qatil də Azərbaycan vətəndaşıdır.
Qətl hadisəsi dekabrın 21-də Azərbaycanın iki vətəndaşı arasında bədxah münasibətlər və daimi münaqişələr zəminində Dneprin Samara rayonunda baş verib. Onlardan biri başqasının boyun və qarın boşluğu nahiyələrinə bıçaqla xəsarətlər yetirib.
Polis patrulları hadisə yerinə gələndə zərərçəkən hələ sağ imiş və o öz qatilini polislərə nişan verib. Onun dediklərini şahidlər də təsdiq ediblər.
Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Məlum olub ki, onun 49 yaşı var və əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.