Günəş batareyalı xüsusi panellərlə təchiz edilmiş yol Fransada istifadəyə verilib.
Unikal.org Tass-a istinadən xəbər verir ki, açılış mərasimində Fransanın ekologiya və energetika naziri xanım Seqolen Ruayal iştirak edib.
Dövlətə 5 milyon avroya başa gələn yolun yalnız 1 kilometri istifadəyə verilib. Yola quraşdırılan günəş batareyalı panellər tünd rəngli sərt rezin bloklara bənzəyir.
Normandiya əyalətində, Turuvr şəhərində istifadəyə verilən yolun sayəsində 5 min sakin işıqla təmin olunacaq.
Plana əsasən, 2017-ci il ərazində Fransada min kilometrə yaxın yol günəş batareyalı panellərdə təchiz ediləcək.