ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ evin mətbuat katibi vəzifəsinə Şon Spayseri təyin edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, respublikaçı həmçinin Ağ evin strateji əlaqələr, kommunikasiyalar üzrə və sosial şəbəkələr üzrə rəhbərləri də təyin edib.

Bu seçiminə şərh edən Tramp bildirib ki, bu şəxslər seçki kampaniyası dövründə mənim komandamın ən yaxşıları idi.