Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda 2016-cı il ərzində əcnəbilərlə bağlanan nikahların sayı artıb.
Unikal.org xəbər verir ki, bu nikahlardan 52-si əcnəbilərlə qurulub. Altınordu bələdiyyəsindən verilən məlumata görə, evliliklərdə ilk sırada azərbaycanlılarla qurulan ailələr üstünlük təşkil edir.
Azərbaycanlıları isə alman gəlin və bəy namizədləri izləyir. Bu il ərzində 8 Azərbaycan, 7 Almaniya, 7 İraq, 6 Gürcüstan, 6 Rusiya, 3 Avstriya, 2 Əfqanıstan və 1 Çin, İsveçrə, Qırğızıstan, Bolqarıstan, Fələstin, Özbəkistan, ABŞ, Hollandiya, Ukrayna və Portuqaliya vətəndaşı ilə ailə qurulub.
Statistikaya görə rayonun 21 gənci əcnəbi gəlinlərlə həyatlarını birləşdirib. Əcnəbi gəlinlərlə qurulan ailələrdə ilk sırada Gürcüstan, Rusiya, Avstriya və Azərbaycan vətəndaşlarıdır.