Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçiriblər.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident Şeşi adasındakı "Swaleside həbsxanasında baş verib. "Sky News-ün məlumata görə, hazırda iğtişaşlar davam edir.
İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus üsyan qaldırıb.