Moskva kənarında yerləşən Sosnovka qəsəbəsində dəhşətli hadisə baş verib. 

Unikal.org-un  Lent.az-a istinadən məlumatına görə, adıgedən qəsəbənin "Potapovskaya roşa adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi - ata və oğul Azərbaycan vətəndaşlarıdır. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 47 yaşlı atanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi qaldırılır. Hadisəni törədən şəxs axtarılır.