Millimizin futbolçusu, Portuqaliyanın "Boavişta klubunda oynayan Kamran Ağayev Azərbaycana qayıtmaq istədiyini deyib.

Unikal.org xəbər verir ki, qapıçı bunu "azerisport.coma müsahibəsində bildirib. O, vətənə qayıtmaq və karyerasını burada davam etdirmək istədiyini söyləyib. Qapıçı atası üçün darıxdığını xüsusi vurğulayıb. Evlənməyin vaxtı çatdığını deyən Ağayev "Artıq 30 yaşım var və ailə qurmaq vaxtıdır. Legioner kimi bu, daha çətin olacaq. Hər şey necə olacaq, bunu yaxın günlərdə biləcəyik,- bildirib.