Rusiya Federal Antiinhisar Xidməti "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, qurum onun avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı açıqlamasına etiraz edib.

Federal Xidmətin məlumatına görə, dekabrın 13-də verdiyi müsahibə zamanı Vahid Ələkbərov benzin qiymətlərinin bahalaşmasının daxili bazarda tələblə təklif arasında balansı pozacağını demişdi.