2015-ci ilin fevralın 10-da infarkt keçirən AYB-nin I katibi, xalq şairi Fikrət Qocanın səhətindən yenidən problemlər yaranıb.

Unikal.org-a danışan şairin özü çətinliklə də olsa qeyd edib ki, ürəyində yenidən narahatlıq hiss etdiyindən, hazırda ev şəraitində müalicə alır: "Dünəndən səhətimdə narahatçılıq var. Özümü yaxşı hiss etmirəm. Ürəyimdə yenidən problemlər yaranıb. Həkimlər gün ərzində bir neçə dəfə mənə baş çəkirlər. Bir sözlə nəzarət altındayam. Səs tellərim də tutulub.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib ki, Fikrət müəllimin şəxsi həkimi var və mütəmadi olaraq şairin səhətini nəzarətdə saxlayır: "Hazırda Fikrət müəllim stresdən,yorğunluqdan və digər ağırlaşdırıcı fəsadlara səbəb ola biləcək hallardan uza olmalıdır.

Xatırladaq ki, fevralın 10-da infarkt keçirən Fikrət Qoca müalicə üçün İstanbulda xəstəxanaların birində reanimasiyaya yerləşdirilmişdi.