ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka təyyarədə hücuma məruz qalıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə İvankanın "Jet Blue aviaşirkətinə məxsus təyyarə ilə Nyu-York aeroportunda uçuşa hazırlaşdığı vaxt baş verib.
Hücum İvankanın uşaqlarının yanında, uşaqları ilə təyyarədə öz yerlərini tutmasından dərhal sonra baş verib.
Naməlum şəxslər İvankaya yaxınlaşıb və onu təhqir ediblər. İvankanın atasının siyasi mövqeyi naməlum şəxsləriin hiddətinin əsas mövzusu olub.
Naməlum şəxsləri qışqırmağa başlayıblar ki, Donald Tramp ABŞ-ı məhv edir. Onlar bildiriblər ki, buna görə də, onun qızı və nəvələri digər vətəndaşlarla bir göyərtədə olmamalıdır.
Maraqlıdır ki, Trampın qızı təxribata reaksiya verməyib və uşaqlarını sakitləşdirməyə davam edib. Qalmaqalı yaradanlar isə təyyarədən çıxarılıb.
Qeyd edək ki, İvanka atasının seçki qərargahının rəhbərlərindən biri idi.