Fitnes-zalda iki sıra velotrenajorla ponton üzərində qurulan şüşə konstruksiya nəzərdə tutulur. Bu, insanlara Sena sahillərində baş verənləri və "Eyfel qülləsi də daxil olmaqla Parisin görməli yerlərini izləmək imkanı verir. 

Unikal.org bildirir ki, layihə Technogym şirkətinin və ONE qeyri-hökumət təşkilatının, eləcə də Urbem urbanistika universitetinin dəstəyilə hazırlayıb.

Məqsəd insan bədəninin köməyilə yaradılan enerjinin potensialını nümayiş etməkdir. Üzən fitnes-zalın mühərriki məhz bu enerji hesabına çalışacaq. Gəminin uzunluğu 20 metrdir. Burada 45 velotrenajor yerləşəcək. Elektrik mühərriki hesabına gəmini il boyu Sena boyunda uzun kruizlər üçün də istifadə etmək olar.