Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.
Unikal.org türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.
İlkin məlumata əsasən 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə isə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.
Hazırda tələbləri yerinə yeütirilmədiyi üçün təcavüzkarlar təyyarəni yenidən havaya qaldırmağı tələb edir.
**
Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.
APA-nın "Sky News Arabia telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün "Afriqiyah Airways şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.
***
Liviyaya məxsus təyyarəni qaçıranlar "Əl Fətih Əl-Cədid" qruplaşmasına aiddir.
Liviyanın sabiq lideri Muammer Qəddafinin həbsdə olan oğlu Seyf əl-İslamın azad edilməsini tələb edirlər.
Hazırda təyyarənin endirildiyi Malta aeroportu bağlıdır, əraziyə çoxlu sayda polis cəlb edilib, onlar təyyarənin bir neçə yüz metrliyində yerləşiblər. Liviyanın nəqliyyat nazri Milyad Maatuk təyyarə qaçıranlardan 2-si ilə danışıqlar aparır.