Türkiyənin Lüləburqaz polis bölməsi azyaşlılara cinsi təcavüz iddiası ilə bağlı araşdırma aparıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, aparılan araşdırma nəticəsində 1 ildir ki, yaşları 11-13 arasında dəyişən 3 azyaşlı qızı cinsi istismar edən 10 nəfər saxlanılıb. Uşaqların ifadələri psixoloqların köməyi ilə alınıb.
Polis bölməsində ifadələri alındıqdan sonra 10 nəfər məhkəməyə göndərilib. Hakimin oxuduğu hökmdən sonra təcavüzkarlar həbsə, uşaqlar isə dövlətin himayəsinə keçiblər.