Bakı şəhərində yerləşən "Araz oteli sökülür.

Unikal.org bildirir ki, "Qafqazinfonun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir.

Qeyd edək ki, adıçəkilən otel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur.

***
Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli "Araz oteli ilə yanaşı, digər oyektlər də sökülür.
"Reportun məlumatına görə, ümumilikdə üç hektar ərazidə söküntü işləri aparılır. Bununla əlaqədar otelin və digər obyektlərin içərisində olan şəxslər çıxarılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerində olub.
Hazırda ərazidə polis əməkdaşları var.






Bakıda otel sökülür -  Abutalıbov hadisə yerində

Bakıda otel sökülür -  Abutalıbov hadisə yerində

Bakıda otel sökülür -  Abutalıbov hadisə yerində