Türkiyənin Kocaeli bölgəsində içində yaşayış olmayan evin divarı yoldan keçən şagirdlərin üstünə aşıb.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. İçərisində yaşayış olmayan birmərtəbəli evin bir hissəsi yoldan keçən uşaqların üstünə aşıb. Bir məktəbli qız dağıntılar altında qalıb. 

Qızın yoldaşları və ətrafdakılar dərhal xilasetmə qruplarına xəbər verib. Tez zamanda hadisə yerinə gələn xilasetmə qrupu dağıntılar altında qalan məktəblini çıxarıblar.

Hadisə yerində gözləyən həkimlər məktəbliyə ilkin tibbi yardım göstərdikdən sonra qız xəstəxanaya aparılıb. Polislər yıxılan evin ərtafında təhlükəsizlik tədbiri görüblər.

Hadisə ilə bağlı istintaq davam etdirilir.