BMT Təhlükəsizlik Şurasında İsrail Fələstin arasında yaşanan ərazi problemlərilə bağlı qətnamə qəbul edilib.
Unikal.org xəbər verir ki, qətnamədə bildirilir ki, İsrail Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymalı və əraziləri boşaltmalıdır.
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib. Qərara dəstək verən ölkələr arasında Yeni Zellandiya, Malaziya, Venesuella. Senqal nümayəndələri də olub.