Rusiyanın Baş naziri Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Unikal.org xəbər verir ki, Dmitri Medvedev İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

İ. Əliyev və D. Medvedev iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.