Nyu-Yorkda (ABŞ) Siro Ortis adlı 11 yaşlı oğlan həvəskar-psixoloq kimi pul qazanır.
Unikal.org xəbər verir ki, onu tez-tez metro və ya Manhetten küçələrində görmək mümkündür. Siro insanlarla söhbət aparır, istəyən hər kəsə məsləhətlər verir, həyatda qarşılaşdıqları problemlərdən çıxış yolu tapmaqda istiqamət göstərir.
Xidmət haqqı isə 5 dəqiqəlik söhbət üçün 2 dollardır. Bu xidmətdən yararlanmaq istəyənlərin sayı heç də az deyil.