Hindistan Maliyyə Nazirliyi keçən ay qızının toyuna 74 milyon dollar xərcləyən iş adamı Qali Canarcana Reddi haqqında araşdırma başladıb.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, vergi mütəffişlərə Karnataka əyalətinin keçmiş turizm məmurlarından olan Reddinin şirkətində araşdırma aparıb. Polis Reddinin bəzi evlərini də yoxlayıb. Eyni zamanda keçmiş məmurdan toydakı xərcin sənədləri tələb edilib.
Rüşvətxorluğa görə daha əvvəl 3 il həbs yatan Qali evlərini ipotekaya verərək kredit götürdüyünü və bütün ödəmələrin toydan 6 ay əvvəl edildiyini deyib.
Qeyd edək ki, noyabrda baş tutan toyun təşkili üçün Qali Karnatakaya 8 Bollivud rejissoru dəvət etmişdi. Gəlin toy zamanı bir neçə dəfə dünyanın ən bahalı dizaynerlərinə məxsus geyimlər dəyişib. Bəyi isə 5 ağ at əhatə edib. Gəlinin valideynləri məhz toy üçün hazırlanan mahnı ifa ediblər.
Məlumata əsasən, gəlinə alınan toy sarisinin qiyməti 2,5 milyon, qızıllarının qiyməti isə 12,4 milyon dollar dəyərində olub.