İdlib daha şiddətli hücumların mərkəzi ola bilər. Bu səbəbdən sözügedən şəhərin ikinci Hələbə çevrilməsi istisna edilmir.

Unikal.org xəbər verir ki, bu sözləri BMT-nin Humanitar İşlər üzrə koordinatoru Con Qing deyib.

O bildirib ki, Hələbdən dinc sakinlərin təxliyə edilməsinə baxmayaraq Suriyada hələ də xaos yaşanır:
"Suriyada 13.5 milyon insanın yardıma ehtiyacı var. 9 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir. 35 minə yaxın insan Hələbin şərqindən İdlibə köç edib. İdlibin taleyinin Hələb kimi olacağından narahatıq.