Türkiyənin Kütahya vilayətində evdə yanğın nəticəsində iki qardaş yanaraq kül olub.
Unikal.org Türkiyə KiV-lərinə istinadən xəbər verir ki. taxtadan olan evdə baş verən yanğın nəticəsində 3 və 6 yaşlarında olan iki qardaş yanıb. Uşağların anası atasından ayrılıb. 3 yaşlı Berkay və 6 yaşlı Beratın anası çörək pulu qazanmaq, övladlarını dolandırmaq üçün evlərdə təmizlik işləri ilə məğul olur. Ona görə də, uşaqlar evdə tək olub. Xəbəri eşidən kimi işdən evə gələn qadın komaya düşüb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.