Cənubi Koreyada yüz minlərlə insan küçələrə çıxaraq prezident Pak Kın Xeəleyhinə keçirilən mitinqə qatılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Rönhap" agentliyi məlumat yayıb.
Məlumata görə, aksiyada 250 mindən çox insan iştirak edib. OnlarKonstitusiya Məhkəməsindən prezidentin impiçment haqda qərarın qəbulunu tezləşdirməyi tələb ediblər. Aksiya insidentsiz başa çatıb.
Agentlik xəbər verir ki, bu, prezident əleyhinə keçirilən doqquzuncu aksiyadır. Artıq iki aydan çoxdur, həftənin şənbə günləri yüz minlərlə insan dövlət başçısının istefası tələbi ilə mitinq keçirir.