Fransa basketbol millisinin sabiq üzvü Papa Badiane avtomobil qəzasında həyatını itirib.

Unikal.org  xəbər verir ki, onun 36 yaşı var idi. Badiane "Roann, "Le Man və "Puatye kimi klubların şərəfini qoruyub. Həmçinin millinin heyətində 23 oyun keçirən Papa karyerasını bir neçə il əvvəl sağlamlığı üzündən başa vurmuşdu.