Rusiyada iki uşaq və iki qadın dəm qazı ilə zəhərlənmədən ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "TASS" agentliyi Fövəladə Hallar Nazirliyinin Şimali Osetiya regionu üzrə mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Vladiqafqazda baş verib.

"İki və altı yaşlı iki uşaqlar, həmçinin onların anası və xalası dəm qazı ilə zəhərlənmədən ölüblər" - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Hadisə ilə əlaqədar təhqiqat yoxlaması təyin edilib. Bu haqda isə Rusiya Federasiyası İstintaq Komitəsinin respublika üzrə İstintaq İdarəsindən bildiriblər.

"İlkin məlumata görə, onlar qızdırıcı kimi istifadə edilmiş peçin dəm qazından zəhərləniblər", - deyə xəbərdə bildirilir.