Türkiyədə əməliyyat keçirən polis məscid imamının maşınında həşiş tapıb.
Unikal.org Türkiyə KV-lərinə istinadən xəbər verir ki, Konyaaltı Rayon Polis İdarəsinin əməkdaşları əldə olunan məlumata əsasən əməliyyat keçirib.
Şübhəli maşın 01.00 radələrindən saxlanılıb. Maşında araşdırma aparan polis 9 kilo həşiş maddəsi tapıb. Polis bölməsinə aparılan şübhəli şəxsin Hisarçandır məhəlləsindəki məscidin imamı olduğu müəyyən edilib. İmam artıq həbs edilib.
Faktla bağlı araşdırma aparılır.