Bu gün Soçidən Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən "TU-154" təyyarəsindəki 92 nəfərdən 64-ü Rusiya Müdafiə Nazirliyinin "Aleksandrov" adlı mahnı-rəqs ansamblının üzvü olub.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, ansambl Suriyaya bu ölkədəki rus hərbi bazasında Yeni il konsretləri vermək üçün yola düşüb.
Bildirilir ki, tayyarədə ansamblın demək olar ki, bütün yaradıcı heyəti məhv olub.
Qeyd edək ki, bu ansambl 1928-ci ildə ayaradılıb.