Xalq artisti Ağaxan Abdullayev vəfat edib. O, uzun sürən xəstəlik nəticəsində bu gün dünyasını dəyişib.

Unikal.org bildirir ki, xalq artisti Məhsum İbrahimov xəbəri Lent.az-a təsdiqləyib.

A.Abdullayev onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dekabrın 15-də ustad xanəndənin oğlunun toyu olmuşdu.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.