SSRİ xalq artisti, Dövlət Dumasında Mədəniyyət komitəsi başçısının birinci müavini İosif Kobzon deyib ki, o da Rusiya Müdafiə Nazirliyinin qzaya uğramış Tu-154 təyyarəsi ilə uçmalı imiş.

Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org xəbər yayıb.

Kabzon hadisə ilə bağlı çıxış edib: "Ayın 14-də bizim onlarla konsertimiz vardı. Həmin konsertdə Aleksandrov adına dövlət ansamblının rəhbəri Xəlilov məndən onlarla birlikdə Suriyaya uçmağı xahiş etmişdi. Mən isə ona dedim ki,gələ bilməyəcəm, çünki mənim tibbi vizam var və mən müalicə uçun uçmalıyam. Bundan əvvəl mən Xəlilovla birlikdə Suriyada olmuşdum. Buna görə də dedim ki, gələn dəfə... Amma görürsünüz, növbəti dəfə necə döndü-¦"

Kobzon həmçinin başsağlığı verib və hadisəni həm mədəniyyət, həm də ordu auditoriyası üçün faciə adlandırıb.

Qeyd edək ki, Qara dənizə düşən "Tu-154 təyyarəsinin göyərtəsində 93 nəfər sərnişin olub. Onlardan onunun meyiti tapılıb. Təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına Yeni il konserti üçün uçan Aleksandrov dövlət ansamblının musiqiçiləri və Rusiyanın Birinci,Zvezda və NTV kanalının jurnalistləri də olub.