Bu gün səhər saatlarından etibarən Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərində təxminən 54 min insanın təxliyəsinə başlanılıb.
Unikal.org xəbər verir ki, buna səbəb şəhərdə 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi zamanı Britaniya ordusuna məxsus bombanın tapılmasıdır. Təxliyə işlərinə 900-dək polis işçisi cəlb edilib.
Dekabrın 20-də aşkarlanan və 1,8 ton çəkiyə malik bombanın zərərsizləşdirilməsinə bu gün günorta saatlarında başlanılacaq. Hakimiyyət orqanları bombanın tapıldığı ərazidə 1500 diametrlik sahədə mühafizə zonası yaradıblar. Bombanın zərərsizləşdirilməsi prosesi təxminən 5 saata yaxın davam edəcək.