6 min 160 dilimlik "Qaraçı qız mozayka paxlavası rekord qırdı.
Unikal.org Hurriyet-ə istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 60 paxlava ustası, 15 mozayka sənətçisi və 100 uşaq tərəfindən 750 kilo və 6 min 160 dilimlik paxlavadan hazırlanan "Qaraçı qız mozaykası "Dünya uşaq rekordları çərçivəsində qeydə alınıb.
Qaziantepin qurtuluş günü keçirilən rekord sınağına Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin də qatılıb. 5 gün davam edən prosesdə qida boyası ilə rəngləndirilən paxlava dilimləri 39.5 kvadrat metr sahəyə yğılıb. Paxlavanın son dilimlərini isə Fatma Şahin özü qoyub.
Qeyd edək ki, "Qaraçı qız tarixi mozaykası Qaziantepin Zeugma bölgəsindən 1998-1999-cu illərdə aparılan qazıntılar nəticəsində tapılıb.