Türkiyənin Mardin əyalətində dünyaca məşhur Merilin Monroya bənzəyən bir qadın diqqət mərkəzindədir.
Unikal.org bildirir ki, adı Melek Akarmut olan xanım 4 uşaq anasıdır. O, Merilinə bənzəməsi məsələsinə belə aydınlıq gətirib:
"Əvəllər buna əhəmiyyət vermirdim. Uzun illər toxuculuqla məşğul olmuşam. Daha sonra ailə qurdum və evdar qadın oldum. Həmişə övladlarımla maraqlanmışam. Mənə təkliflər gəlməyə başlanıldı. Çölə çıxanda hamı mənə yaxınlaşıb şəkil çəkdirir. Bu da mənim xoşuma gəlir".
Melek deyib ki, ona model kimi fəaliyyət göstərmək və reklam çarxlarına çəkilmək təklifləri gəlib. Lakin o, yalnız Merilinin həyatı canlandıracaq bir filmə çəkilməyə razılıq verə bilər.