Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ölkədə 26 dekabr tarixində matəm elan edib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən bildirilib.
Lukaşenkonun sözlərinə görə, təyyarənin qəzaya düşməsi ilə bağlı xəbərə bütün belaruslar biganə qalmayıblar.
"Bu, faciədir, bizim ümumi ağrımızdır və Belarus bu gün Rusiya ilə birlikdə kədərlidir. Bu, çətin dəqiqələrdə biz kədərimizi paylaşırıq, - A. Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı başsağlığı məktubunda bildirilir.
Belarus dövlət başçısının əmrinə əsasən, 26 dekabrda prezident iqamətgahının qarşısında və bütün digər dövlət qurumlarının binası önündəki dövlət bayraqları endiriləcək, şou və əyləncə tipli verilişlərin yayımı dayandırılacaq.