Braziliyanın "Şapekoense" futbol klubunu daşıyan təyyarənin yanacağı qurtarıb.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya Mülki Aviasiya İdarəsinin ilkin araşdırmasında bildirilir.

Məlumata görə, istintaq təyyarənin "qara qutuları" və digər dəlillərə əsaslanaraq bu nəticəyə gəlib.

Noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində "Şapekoense" klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb.