Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var. Lakin hazırda o özünü ancaq görüş və xoş vaxt keçirmə yeri kimi təqdim edir.
Unikal.org xəbər verir ki, bu fikirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter" şəbəkəsindəki bloqunda yazıb.
ABŞ prezidentinin fikrincə, insanlar özünü klub kimi təqdim edən BMT-də görüşür, söhbət edir və xoş vaxt keçirirlər. "Bu kədərlidir" - deyə o qeyd edib.