"Rusiya 2017-ci ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olamağa davam edəcək".
Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi məsələ ilə məşğul olmağa davam edirik: "Odur ki, normallaşma prosesinin dayanmaması, əksinə sürətlənməsinə çalışacağıq."