Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə "BBC News xəbər yayıb.

Hadisə Pəncab vilayətində baş verib. Xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.