İraq İŞİD terror qruplaşmasını üç ay ərzində darmadağın edəcək.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib.
Baş nazirin sözlərinə görə, İŞİDİ tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır.
Hazırda İraq örtüsü ölkənin ikinci böyük şəhəri olan Mosulun qruplaşmadan azad edilməsi istiqamətində əməliyyatlar aparır. Bu şəhər iki ildən çoxdur ki, İŞİD yaraqlılarının nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır.
Mosulda yerüstü hərbi kampaniya isə oktyabrın 17-də başlayıb.