Sosial şəbəkənin müxtəlif yaşlı qadın və kişi istifadəçiləri saçlarından yeni il yolkası düzəldiblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni ilin gəlişinə sayılı günlər qalmış, İnstagramda qeyri-adi trend yaranıb. İstifadəçilər bayram əhval-ruhiyyəli saç düzümləri hazırlayıb, şəklini öz hesablarında paylaşmağa başlayıblar.

Bununla istifadəçilər bayram saç düzümünə daha kreativ yanaşmağın mümkün olduğunu göstəriblər. Bu cür saç düzümünə aid fotoları #christmastreehair heştəqi altında tapmaq olar.