Monqolustan hökuməti 2017-ci ildə yaşayış məntəqələrini etibarlı enerji təchizatı ilə təmin etməklə və elektrik enerjisi üzrə gecə tarifini sıfıra endirməklə paytaxtda havanın keyfiyyətini yaxşılaşdırmağı planlaşdırır.
Unikal.org-un "Caspianbarrel.orga istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Jarqaltulqın Erdenebat Milli Komitədə havanın çirklənməsinin qarşısının alınması üçün görülməli olan tədbirlərə həsr olunmuş iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Monqolusan Milli Komitəsinə bu tədbirlər üçün büdcədən 5 milyard tuqrik (2 milyon dollar) ayrılacaq.
Bu tarif 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.