Səhər saatlarında fillər Nepalın Praseni kəndinə hücum ediblər.
Unikal.org-un trend-ə istinadən verdiyi məlumata görə, fillərin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Qeyd edək ki, Praseni kəndi xeyli sayda filin yaşadığı Bardiya Milli Parkının yaxınlığında yerləşir.
Yerli hakimiyyət bildirir ki, burada fillərin insanlara hücumuna nadir hallarda rast gəlinir.