"Time" jurnalı "Google"da hər ölkə üzrə ən çox axtarılan adları açıqlayıb.
Unikal.org-un məlumatına görə, bütün dünya üzər ən çox axtarışa verilən ad Donald Trampdır. ABŞ prezidentliyinə namizəd olması və seçilməsi onu dünyanın ən çox axtarılan adamı edib. Belə ki, 88 ölkədə "Tramp" ən çox axtarılan söz olub.
Siyahıda daha sonra Peru prezidentliyinə namizəd Xulia Quzman, Braziliyanın keçmiş prezidenti Lula da Silva, Olimpiya çempionları Mariana Pajon və Jozef Şulinq gəlir.
Mərakəşdə ən çox axtarılan ad Leonardo DiKaprio, Çernoqoriyada Gigi Hadid, Tunisdə isə Angelina Coli olub.
Türkiyədə ən çox axtarılan ad isə futbolçu Emre Mor olub.
Azərbaycanda "Google" istifadəçilərinin ən çox axtarışa verdiyi ad isə bu il bizi "Eurovision"da təmsil edən Səmra Rəhimlinin olub.