Hitler, Stalin, Lenin, Çörçil, Kennedi - bütün bu insanlar XX əsrdə tarixin gedişinə ciddi şəkildə təsir ediblər. Onlar haqqında biz demək olar ki, hər şey bilirik, lakin nədənsə bu şəxsiyyətlərin anaları həmişə kölgədə qalıb.

Stalinin anası- Yekatrina Georgiyevna Geladze (1858-1937). Yekatrina (Keke) Geladze Gürcüstanın kiçik pravoslav kəndində anadan olub. 17 yaşında Vissarion (Beso) Cuqaşviliyə ərə gedib. Onun iki uşağı anadan olan kimi ölmüş, üçüncü, İosif isə sağ qalmışdır. İosif anadan olandan sonra Vissarion çox içməyə başlayır, buna görə də Keke onu atır. Stalinin anası çox çiddi və qəddar qadın olub. O, oğluna yaxşı hər şey vermək üçün çox işləyir və onun yaxşı ruhani olması arzusundaydı. Lakin İosif daha artığını istəyirdi...


Brejnyevin anası- Natalya Denisovna Mazalova (1886-1975). Rusiyanın Kursk vilayətinin Kursk şəhərinin Brejnev kəndində anadan olub. Brejnyevin anası uşaqlıqda yaxşı təhsil almış və bunu öz övladlarına da aşılamağa çalışmışdı. Leonid İliç Moskvada rəhbər postlar tutanda da anası Dneprodzerjinskdə öz köhnə mənzilində yaşayırdı. Ona bir neçə dəfə təklif edilsə də o, adi sovet pensiyaçısı kimi yaşamağa davam edir.


Çörçilin anası- Cenni Cerom (1854 - 1921). ABŞ-da anadan olmuş, amerikalı maliyyəçinin qızı olan bu qadın XIX əsrin ikinci yarısında ən çox tanınan gözəllərdən biri idi. 1874-cü ildə Çörçilin atasına ərə gedərək İngiltərəyə yollanıb. O vaxtın yüksək cəmiyyətində qəbul edildiyi kimi Cenni öz oğlunun tərbiyəsini dayələrə tapşırmış və ona da kifayət qədər soyuq münasibət göstərirdi. Lakin sonradan onlar yaxşı dost olublar.


Leninin anası- Mariya Aleksandrovna Blank (1835 - 1916). Sankt-Peterburqda anadan olub, yaxşı təhsil alıb, bir neçə dil bilib. Ərə getdikdən sonra Mariya Aleksandrovna 8 övlad: 4 qız və 4 oğlan dünyaya gətirib. Bir qədər sonra ərini itirib və bundan sonra bütün təsərrüfatı öz boynuna götürməyə məcbur olub. Onun 4 övladı inqilabçı olub. Oğlu Vladimirin (Lenin) inqilabi fəaliyyətini dəstəkləyib və iki dəfə xaricə (1902-ci ildə Fransaya, 1910-cu ildə Stokholma) onu yanına gedib.


Con Kennedinin anası- Rouz Fitscerald (1890 - 1995). 7 illik "yalvarışlar"dan sonra nəhayət ki, 8 oktyabr 1914-cü ildə Cosef Patrik Kennediyə ərə gedib. Roza və Cozefin 9 övladı olub. 1969-cu ildə əri ölən Roza Kennedi dul qalıb. O, 22 yanvar 1995-ci ildə 104 yaşında pnevmaniyanın ağırlaşması nəticəsində vəfat edib. Doqquz uşağının 4-dən və 3 nəvəsindən çox yaşayıb.


Ruzveltin anası- Sara Delano (1854 - 1941). Sara milliyyətcə yəhudi olub və ailəsi Qayd-parkın yerli aristokratlarından hesab olunurdu. Franklin kiçik olanda ailəsi tez-tez Avropaya səfər edib. Buna görə də gələcək prezident bir neçə xarici dili yaxşı öyrənə bilib.


Adolf Hitlerin anası- Klara Peltsl (1860 - 1907). Avstriya imperiyasında anadan olub. Məktəbdən sonra 13 yaşlı Klara Alois Hitlerin (Adolfun atası) evində qulluqçu düzəlir. O, Aloisin qohumu - eyni qandan olan bacısının qızı idi. Qeyd edək ki, Alois Klaradan 23 yaş böyük olub. Klara bu evdə öz vəzifəsini nəzərə çarpmadan və vicdanla yerinə yetirirdi. Mütəmadi olaraq ərinin istəyinə uyğun olaraq kilsəyə gedir, hətta nikaha girdikdən sonra da o, əvvəlki qulluqçu statusundan tam azad ola bilmir. İllər sonra çətinliklə özünü "cənab yüksək çinli məmur"un həyat yoldaşı kimi görür və ona həmişə olduğu kimi "Alois dayı" deyə müraciət edirdi.Publika.az